Rusiya prezidenti Vladimir Putin ölkəsinin “Poseidon” adlı sualtı gəmisinin sınaqdan keçirildiyini açıqlayıb. Bu barədə “RİA Novosti” məlumat yayıb.
Putinin sözlərinə görə, “Poseidon” sualtı gəmisi atom enerji mənbəyi ilə təchiz edilib və yüksək döyüş qabiliyyətinə malikdir. Dövlət başçısı həmçinin qeyd edib ki, yeni sualtı gəminin gücü strateji “Sarmat” raket sisteminin imkanlarını xeyli dərəcədə üstələyir.
Sınaqların nəticələri və texniki detalları barədə əlavə məlumat verilməyib.


























