image-reklam-veteninfo
image-1backend

Rusiya rekord sayda 728 pilotsuz təyyarə ilə Ukrayna şəhərlərinə hücum edib

image-reklam-veteninfo

Ötən gecə Ukraynaya rekord sayda 728 hücum pilotsuz təyyarəsi buraxılıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb. Bu, genişmiqyaslı müharibə başlayandan bəri ən böyük hücumdur.

Ukrayna tərəfinin məlumatına görə, 711 pilotsuz təyyarə vurulub, daha 17-si hədəfə çatıb.

Ukraynaya pilotsuz təyyarələrdən əlavə 14 raket atılıb. Onlardan 7-si qanadlı raketlər olub, Ukrayna silahlı qüvvələrinin bildirdiyinə görə, onlar vurulub.

Lakin “Xəncər” tipli 6 hipersəs raketi vurulmayıb və güman ki, hədəfinə çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki