image-reklam-veteninfo
image-1200_0_1760074129-8784backend

Rusiya Ukrayna dronlarından qorunmaq üçün interneti kütləvi şəkildə bağlayır – Forbes

image-reklam-veteninfo

Rusiya hökuməti Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) hücumlarının qarşısını almaq üçün ölkənin bir çox regionunda mobil şəbəkələri kütləvi şəkildə bağlayır. Vətəninfo.az xəbər verir ki, “Forbes” nəşri yazır ki, bu addım həm müharibənin təsirlərini rusların daha dərindən hiss etməsinə, həm də informasiyanın yayılmasına nəzarətin güclənməsinə səbəb olur.

Məlumata görə, genişmiqyaslı internet kəsintiləri fonunda regional hakimiyyət orqanları ictimai Wi-Fi şəbəkələrini genişləndirir və iri şəhərlərdə yeni “qaynar nöqtə” xəritələri təqdim edirlər. “Moskva Tayms”ın yazdığına əsasən, rəsmi Moskva bu addımları “vətəndaşların təhlükəsizliyini təmin etmək” məqsədi ilə əsaslandırır.

Təhlükəsizlik üzrə analitik Ceyson J. Smart bildirib ki, bəzi regionlarda aparılan reydlər zamanı mobil məlumatlar tamamilə söndürülür və ya məhdudlaşdırılır. Bu isə nəqliyyatda gecikmələrə, marşrutların azalmasına və ümumi kommunikasiya problemlərinə səbəb olur.

Ekspertlərin fikrincə, internetin bağlanması yalnız dron hücumlarından müdafiə tədbiri deyil, həm də informasiya axınına nəzarət vasitəsidir. “Rusiya interneti söndürməklə, vətəndaşların hücumları canlı yayımlamasının qarşısını almaq və eyni zamanda Ukrayna tərəfinin məlumat toplanmasını məhdudlaşdırmaq istəyir”, – “Technology United” şirkətinin mühəndisi Hayner Filip qeyd edib.

“Forbes” yazır ki, bir çox rus vətəndaşı təsadüfən dron hücumlarının nəticələrini əks etdirən videoları sosial şəbəkələrdə paylaşmaqla Ukrayna kəşfiyyatına hədəflərin müəyyənləşdirilməsində yardım etmiş olur.

Smart əlavə edib ki, son aylarda Ukrayna dronlarının Rusiya neftayırma zavodlarına hücumları nəticəsində ölkənin neft emalı gücü 17%-dən 40%-ə qədər azalıb. İnternetin bağlanması isə kart ödənişlərinin, logistikanın və uçuşların dayanmasına gətirib çıxarır. Belarus isə bu vəziyyətdə Rusiya yanacağı qıtlığını kompensasiya etmək üçün benzin ixracını artırmalı olub.

Bununla yanaşı, Ukrayna dron istehsalçıları da yeni texnologiyalar üzərində çalışır. Onlar siqnal itkisi zamanı LTE, radio və peyk rabitəsi arasında avtomatik keçid edə bilən çoxkanallı sistemlər sınaqdan keçirirlər. “Ukrayna artıq Rusiyanın mobil şəbəkələrindən daha az asılıdır və bir çox uzunmənzilli sistemlər Starlink kimi birbaşa peyk kanallarından istifadə edir,” – Filip əlavə edib.

Ukrayna dronları Rusiyanın enerji infrastrukturuna hücumları davam etdirir

Ukraynanın pilotsuz təyyarələri Rusiyanın neft və enerji obyektlərinə sistemli şəkildə hücumlar həyata keçirməkdə davam edir. Oktyabrın 6-da Ukrayna PUA-ları 2000 km uzaqlıqda yerləşən Tümen şəhərindəki neft emalı zavodunu hədəfə alıb.

Bundan iki gün öncə, oktyabrın 4-də Rusiyanın ən böyük neft emalı müəssisələrindən biri olan “Kirişinefteorqsintez” zavodu da Ukrayna dronlarının zərbəsi nəticəsində əsas distillə qurğusunu dayandırıb.

Ekspertlərin fikrincə, bu hücumlar Rusiya enerji sektoruna ciddi iqtisadi zərbə vurur və Kremlin Ukrayna müharibəsindəki mövqeyini daha da zəiflədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki