İyunun 23-də Rusiya-Ukrayna əsir mübadiləsi baş tutub.
Bu barədə TASS məlumat yayıb.
Ukrayna əsirliyindən qayıdan rus hərbçilərinin olduğu İl-76MD təyyarəsi Moskva vilayətinə eniş edib.
Bundan əvvəl Müdafiə Nazirliyi məlumat vermişdi ki, iyulun 23-də Rusiya-Ukrayna iyunun 2-də İstanbulda əldə edilmiş razılaşmalara əsasən, bir qrup rusiyalı hərbçi geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbi əsiri qeri verilib.
Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da yazıb ki, İstanbulda razılaşdırılan mübadilənin 9-cu mərhələsi baş tutub. Ağır xəstə və yaralı hərbçilər evlərinə qayıdıblar. “Artıq təfərrüatlardan danışmaq olar – son İstanbul razılaşmalarının bütün mərhələlərində 1000-dən çox insanımız geri qaytarılıb”.