image-reklam-veteninfo
image-1backend

Rusiya Ukraynanı VURDU:  Kiyevdə elektrik enerjisi böhranı yarandı

image-reklam-veteninfo

Oktyabrın 10-na keçən gecə Rusiyanın hərbçiləri Ukraynaya iri pilotsuz təyyarə və ballistik raket zərbələri endirib. Kiyevdə elektrik enerjisinin kəsilməsi və digər infrastrukturların zədələnməsi nəticəsində şəhər sakinləri çətinliklərlə üzləşib.

Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko bildirib ki, hücum nəticəsində azı 9 nəfər xəsarət alıb. Kiyevin sol sahilində elektrik enerjisi kəsilib, su təchizatında isə problemlər yaranıb. Həmçinin, Peçerski rayonunda çoxmərtəbəli yaşayış binasına ziyan dəydiyi üçün sakinlər təxliyə edilib.

Ukraynanın Energetika Naziri Svitlana Qrinçuk, Rusiya qoşunlarının ölkənin enerji infrastrukturunu qəsdən hədəfə aldığını açıqlayıb.

Zaporojjya bölgəsində də vəziyyət gərgin olaraq qalır. Xüsusi Əməliyyat Qüvvələrinin rəisi İvan Fedorov, rus qoşunlarının Zaporojjya şəhərinə ən azı üç zərbə endirdiyini bildirib. Hücum nəticəsində yeddi yaşlı bir uşaq aldığı yaralardan xəstəxanada dünyasını dəyişib.

Hücumların hədəfi olan şəhərlərdə, xüsusilə Kiyevdə, əhali və dövlət orqanları vəziyyəti nəzarət altına almağa çalışır. Rusiya hərbçilərinin bu hücumları Ukraynanın infrastrukturuna ciddi ziyan vurub və sakinlər üçün həyati önəm daşıyan xidmətlərin təminatında çətinliklər yaradır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki