Rusiya Federasiyası və ABŞ nümayəndələri İran ətrafında vəziyyətlə bağlı Ər-Riyadda ayrıca danışıqlar aparmaq barədə razılığa gəliblər, lakin belə məsləhətləşmələrin formatı və vaxtı müəyyən edilməyib.Vətəninfo.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə , bunu jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O, Ər-Riyadda Rusiya-Amerika danışıqları zamanı İran ətrafında vəziyyətin müzakirə edildiyini təsdiqləyib.
Qərb mətbuatının Ər-Riyadda İran məsələsinin gündəmə gəlməsi ilə bağlı yayılan xəbərlərə cavab verən Uşakov “Bəli, biz bu məsələ ilə bağlı ayrıca danışıqlar aparmağa razılaşdıq” deyib.
O əlavə edib ki, indiyədək Vaşinqtondan bunun necə və nə vaxt həyata keçirilməsi ilə bağlı hər hansı konkret razılaşmaya dair heç bir siqnal olmayıb.