Rusiya Xarici İşlər Nazirliyi Tokionun anti-Rusiya siyasətinə cavab olaraq bir sıra yaponiyalı jurnalist, professor və rəsmilərin ölkəyə girişini qadağan edib.
Vətəninfo.az xəbər verir ki, nazirliyin açıqlamasında bildirilir ki, “rəsmi Tokionun ölkəmizə qarşı xüsusi hərbi əməliyyatla bağlı qondarma sanksiyalara reaksiyası çərçivəsində müəyyən Yaponiya vətəndaşlarının Rusiya Federasiyasına girişinə qeyri-müəyyən müddətə qadağa qoyulub”.
Qadağa xüsusilə Yaponiya Xarici İşlər Nazirliyinin sözçüsü Toşihiro Kitamura, Nikkei qəzetinin jurnalist və köşə yazarları, Hitotsubaşı Universitetinin professorları və digər yapon rəsmilərini əhatə edir.
Rusiya bu addımı Tokionun ölkəyə qarşı sanksiya siyasətinə cavab olaraq atıb.


























