image-reklam-veteninfo
image-1backend

Rusiyalı vəkil İrəvanda həbs edildi

image-reklam-veteninfo

Aleksandr Koçubayev iki ay müddətinə həbs edilib. İrəvan Cinayət Məhkəməsində hakim Masis Melkonyanın sədrliyi ilə keçirilən prosesdə həbs qətimkan tədbiri seçilib. Vətəninfo.az xəbər verir ki, bu barədə vəkil Roman Yeritsyan məlumat verib.

 Yeritsyan həyəcan təbili çalır: “Vəkil müstəntiqlərin, prokurorların və hakimlərin ədalətsiz yanaşmasını tənqid etdiyinə görə, orta ağırlıqda olan cinayətdə absurd ittihamla həbs edilib.

Qoçubayevin iki azyaşlı övladının, doqquz aylıq hamilə arvadının, himayəsində olan digər şəxslərin, minlərlə tələbəsinin, yüzlərlə müştərisinin, elmi əsərlərinin taleyi hakim Masis Melkonyanı maraqlandırmır. Cəmi bir saat şəxsi otağa çıxdıqdan sonra hakim vəsatətin təmin edilməsi, iki aylıq həbs-qətimkan tədbirinin seçilməsi və görüşə qadağa qoyulması barədə qərar çıxararaq geri döndü. 24 müdafiəçinin çıxışı və sualları sonuncu üçün bir sual da yaratmadı.

“Bu, bütün cəmiyyətə qarşı bir hərəkət idi. Vəkilin mövqeyi, rolu və reputasiyası faktiki olaraq aşağı salındı”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki