Rusiyanın Ukraynaya qarşı enerji obyektlərinə massiv hücumları yenidən gündəmdədir. Lakin bu dəfə Ukrayna daha hazırlıqlıdır və genişmiqyaslı qaraoutların qarşısını almaq üçün lazımi tədbirlər görülüb.
Ukrayna artıq əvvəlki hücumlardan təcrübə toplayıb və qışa hazırdır. Ukraynanın Energetika və Müdafiə Nazirlikləri sistemləri möhkəmləndirib, xüsusən də cəbhə xəttinə yaxın bölgələrdəki risklərə qarşı tədbirlər alınıb.
Vətəninfo.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Müdafiə və Energetika üzrə mütəxəssisi, ekspert Aleksandr Musiyenko bildirib ki, ən böyük risklər cəbhə xəttinə yaxın olan bölgələrdə mövcuddur. “Rusiya bu bölgələrdə, xüsusilə su, qaz və istilik təminatını pozmağa çalışır. Amma Ukrayna bu hücumlara qarşı hazırlıqlıdır”, — deyə Musiyenko qeyd edib.
Ukrayna artıq keçmişdəki hücumlardan dərs alıb və enerji sistemini qorumaq üçün bir sıra mexanizmlər tətbiq edib. Energetika işçiləri ehtiyat sistemlər hazırlayıb, hərbi qüvvələr isə hava hücumlarına qarşı müdafiə sistemlərini gücləndiriblər. Musiyenko vurğulayıb ki, Ukraynanın PVO (hava hücumundan müdafiə) sistemləri kritik əhəmiyyət kəsb edir və bu sistemlər ölkənin enerjisinin sabitliyini təmin etmək üçün əsas rol oynayır.
Keçən qış Rusiyanın enerji infrastrukturasına qarşı həyata keçirdiyi hücumlar hədəfə çatsa da, Ukrayna işıqsız qalmadı. Enerji obyektlərinə zərbələr endirilməsinə baxmayaraq, ukraynalılar işıqsız qalmadılar və qısa müddətdə zədələnmiş infrastruktur bərpa edildi. Bu il isə, vəziyyət daha güclü hazırlıqla qarşılanır: Obeyektlər daha yaxşı qorunur, avadanlıqlar daha çox bölgəyə paylanıb, işçilər isə birgə və koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Bu dəfə, xüsusilə istilik enerjisi istehsal edən stansiyalar və elektrik yarımstansiyalarına qarşı hücumların daha da artması gözlənilir. Lakin Ukraynanın bu sahədə hazırlıqları daha da güclənib və enerji sistemi möhkəmlənib.
Son olaraq, Ukrayna hökuməti və ekspertlər əhalini elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb. Həmçinin, enerji sisteminin mümkün qüsurlarına qarşı qarşısını almaq üçün əlavə önləyici tədbirlər görülür.