image-reklam-veteninfo
image-1backend

Rusiyanın siyasi elitası azərbaycanlılardan əl çəkmir

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Rusiyanın “Spravedlivaya Rossiya – Za pravdu” partiyasının lideri Sergey Mironov baş prokuror İqor Krasnova Azərbaycan diasporları və onlara bağlı strukturların yoxlanılması tələbi ilə müraciət ünvanlayıb.

“Rusiya Federasiyasının bütün subyektlərində Azərbaycan diasporlarının və onlara bağlı strukturların fəaliyyətinin hərtərəfli yoxlanılmasını xahiş edirəm”, – müraciətdə deyilir.

Mironov ayrıca “Sadovod” və “Food City” ticarət mərkəzlərinin fəaliyyətinin qanunlara uyğunluğunun yoxlanmasının vacibliyini qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki