image-reklam-veteninfo
image-1backend

Rusiyaya məxsus qırıcı təyyarə Lipetsk vilayətində qəzaya uğrayıb

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Rusiyanın Telegram kanallarının məlumatına görə, MiQ-31 qırıcısı Lipetsk vilayətində qəza keçirib.

Verilən məlumata əsasən, planlaşdırılmış uçuş zamanı təyyarənin eniş qurğusu sıradan çıxıb. Ekipaj təyyarəni yaşayış məhəlləsindən uzaqlaşdıraraq onu tərk etmək qərarına gəlib.

Çaplıqinski rayonunda idarəetmədən çıxan qırıcı təyyarə meşəlik əraziyə düşüb. Hər iki pilot sağ şəkildə xilasedicilər tərəfindən qəza yerinin yaxınlığında tapılıb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki