image-reklam-veteninfo
image-img-20251024-wa0004backend

Sabiq nazirin pensiyası kəsildi — Nazirə niyə 400 manat pensiya verilib?

image-reklam-veteninfo

Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilovun pensiya ödənişi iki aydır ki, dayandırılıb. Bunu əməkdaşımızla söhbətində sabiq təhsil naziri Firudin Cəlilov bildirib.

Firudin Cəlilovun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun pensiya ödənişini dayandırıb. Sabiq nazir bildirib ki, buna səbəb kimi ona bir müddət ərzində hər ay 50 manat artıq ödənişin hesablanması göstərilib.

“Nazirlik deyir ki, guya mənə iki il ərzində hər ay 50 manat artıq pul verilib. İndi həmin məbləği geri qaytarmaq üçün pensiyamı kəsiblər”, — deyə Firudin Cəlilov Vətəninfo.az-a açıqlamasında bildirib.

1990–1995-ci illərdə Milli Məclisin deputatı, 1992–1993-cü illərdə isə Xalq təhsili naziri, sonradan Ali və orta ixtisas təhsili naziri olmuş Firudin Cəlilov qeyd edib ki, uzun illər dövlət qulluğunda çalışmasına baxmayaraq, aldığı pensiya məbləği cəmi 400 manata yaxın olub.

“Bu vəsaitlə yaşamaq çox çətindir. Evdar qadınların aldığı pensiya belə bəzən mənimkindən çoxdur”, — sabiq nazir vurğulayıb.

Rəsmi mövqe gözlənilir

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məsələyə dair rəsmi münasibət almağa çalışırıq. Nazirliyin mövqeyi əldə edildikdən sonra redaksiya onu oxuculara təqdim edəcək.

Araşdırma davam edir

Qeyd edək ki, son aylarda bir sıra keçmiş dövlət qulluqçuları və məmurlar da pensiya hesablamalarında oxşar problemlərlə üzləşdiklərini bildiriblər. Mütəxəssislərin fikrincə, bu cür hallar sistemdəki texniki yeniləmələr və ya əvvəlki illərdəki hesablanma fərqləri ilə bağlı ola bilər.

Vətəninfo.az məsələni izləməkdə davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki