İranın sabiq prezidenti Məhəmməd Hatəmi Tehrandakı xəstəxanalardan birinə yerləşdirildikdən sonra bir qrup siyasi və mədəniyyət xadimi onu ziyarət edib.
Vətəninfo.az xəbər verir ki, Hatəmiyə baş çəkənlər arasında hazırda birinci vitse-prezident Məhəmməd Rza Arif, səhiyyə naziri Məhəmməd Rza Zəfərqəndi, Prezidentin icra məsələləri üzrə müavini Məhəmmədcəfər Qaempənah, Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xərrazi və İslahat Cəbhəsinin başçısı Azər Mənsuri də olub.
Sosial media istifadəçiləri Hatəminin görüntülərini “Tehranın ən şirin çəhrayı tərzi” adlandırıb.


























