image-reklam-veteninfo
image-1backend

“Şagirdləri bu qədər gərginlik altında saxlamaq olmaz”- Ekspertdən etiraz

image-reklam-veteninfo

Azərbaycanda qəbul imtahanlarının nəticələri hər il cəmiyyətin diqqət mərkəzində olur. İmtahanda maksimal bal toplayanların sayı, abituriyentlərin göstəriciləri və ümumi nəticələr tez-tez müzakirələrə səbəb olur. Son illərin təcrübəsi göstərir ki, yüksək nəticələrin çoxluğu birbaşa imtahan suallarının xarakterindən asılıdır.

Təhsil eksperti İlqar Oruclu qəbul imtahanları ilə bağlı Musavat.com-a fikirlərini bildirərkən deyib ki, imtahan nəticələri birbaşa təqdim olunan sualların xarakteri ilə bağlıdır:

“İmtahan sualları elə tərtib oluna bilər ki, maksimal bal toplayanların sayı kifayət qədər çox olsun. Mən demək istəmirəm ki, suallar kiməsə kömək məqsədilə hazırlanıb, amma qəbul imtahanı həm də psixoloji bir sınaqdır. Ona görə də sualların təbii olması nəticələrə birbaşa təsir göstərir”.

Ekspertin sözlərinə görə, yüksək nəticə göstərənlərin çoxluğu müəyyən mənada sualların tərtibatından qaynaqlanır:

“700, 600 və ya 500-dən yuxarı bal toplayan abituriyentlərin sayına baxanda görünür ki, bu nəticələr sualların xarakteri ilə bağlıdır. Mən hesab edirəm ki, sualların tərtibatı zamanı müəyyən qədər yumşaq və asan yanaşma tətbiq olunmalıdır. Şagirdlər əvvəlcə buraxılış imtahanı verirlər, sonra qəbul imtahanında iştirak edirlər. Bu, həm psixoloji gərginlik, həm də yorğunluq yaradır. Qəbul imtahanlarının sualları hazırlanarkən bu faktorlar nəzərə alınmalı, daha balanslı və real səviyyəyə uyğun testlər tərtib olunmalıdır”.

Ekspert vurğulayıb ki, beynəlxalq təcrübədə də universitetlərə qəbul prosesində fənlər üzrə biliklərin yoxlanılması fərqli üsullarla aparılır:

“Fərqli ölkələrdə qəbul imtahanları bizdəki qədər ağır və uzunmüddətli deyil. Bizdə isə həm buraxılış, həm qəbul mərhələsi abituriyentlərə əlavə stress yaradır. Ona görə də sualların tərtibatında yumşaq yanaşma tətbiq olunması vacibdir”.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki