image-reklam-veteninfo
image-samirbackend

Samiq Sadıxov məşhər ayağına çəkilir – SABİQ NAZİR BORC ALDIĞI ADAMLAR PULLARINI GERİ İSTƏYİR

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının (MR) sabiq səhiyyə naziri Samiq Sadıxov, Fuad Nəcəflinin yarıtmaz kadr siyasətinin nəticəsi olaraq, nazirliyi alver mərkəzinə çevirməkdə ittiham edilir və nəticədə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Sadıxov, himayədarı Fuad Nəcəflinin Naxçıvan MR-dan qovulacağını bildikdən sonra, nazir postunu qorumaq üçün qeyri-qanuni yollarla pul toplamağa başlayıb. Bu məqsədlə, rüşvət yolu ilə əldə etdiyi milyonları və əmlakları toxunulmaz saxlayaraq, nazirlik əməkdaşlarına təzyiq edərək onlardan müxtəlif formalarda pullar yığıb.

Redaksiyamıza daxil olan məlumata görə, Samiq Sadıxov, hədə-qorxu yolu ilə təxminən 2 milyon manat məbləğində pul toplayıb. O, bu pulları şəxsi işlərini Bakıda həll etmək məqsədilə topladığını iddia edib.

Lakin bu məbləğ, onu nazir postunda saxlamağa kömək etməyib. Sadıxov MR-nın səhiyyə naziri vəzifəsindən hörmətsiz şəkildə uzaqlaşdırılıb. Hazırda sabiq nazir, həm nazirlik əməkdaşları, həm də digər şəxslər tərəfindən yığdığı pulları geri verməyə məcbur edilir.

Məlumatlı mənbələrdən aldığımız məlumata görə, artıq hüquq-mühafizə orqanlarına müraciət olunmasına hazırlıq görülür. Samiq Sadıxovun qarşısında hüquqi təqib gözləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki