image-0ef6b453-2306-3a1d-983f-be84bf580e8b_850backend

Səfa Mirzəyev təqaüdə göndərilib – EKSKLÜZİV

image-reklam_sirab_01

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib.

Veteninfo.az-ın xəbərinə görə, o, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, bu il mayın 12-də Səfa Mirzəyevin 70 yaşı tamam olub. 70 yaşı tamam olmazdan bir gün əvvəl Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Səfa Abbas oğlu Mirzəyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

O, 1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib. 1992-ci ildən Milli Məclis Aparatında işləyirdi. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.

6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.(Ölkə.az)

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki