image-erdogan-696x434backend

“Şəhərlərimizi yenidən ayağa qaldıracağıq” – Ərdoğan

image-reklam_sirab_01

Çanaqqala savaşı Türkiyənin qurtuluşunun müjdəsi oldu, bu gün isə bizim üçün ilham və güc qaynağıdır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “18 Mart – Çanaqqala Zəfəri” adlı tədbirdə çıxışı zamanı bildirib.

O, ölkədə baş verən zəlzələ və sel fəlakətlərindən sonra “Çanaqqala ruhuna” ehtiyac olduğunu vurğulayıb: “Ən böyük gücümüz olan səfərbərlik ruhuna zərər vermədən şəhərlərimizi yenidən ayağa qaldıracağıq. Heç bir vətəndaşımızı sahibsiz buraxmayacağıq. Türkiyə milləti və dövləti ilə böhranları fürsətə çevirəcək potensiala malikdir”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki