image-skrin-22backend

Şəhid ailəsi Türkiyədə zəlzələdən zərərçəkənlərə 17 min dollarlıq yardım göndərdi -VİDEO

image-reklam_sirab_01
44 günlük Vətən müharibəsində cəsurluğu ilə dastan yazan, son gülləsinə qədər savaşıb şəhid olan leytenant Teymur Əzizovun ailəsi qardaş Türkiyədə zəlzələdə zərəçəkənlərə 17 min ABŞ dolları məbləğində yardım göndərib. Bunu saytımıza açıqlamasında şəhid leytenantın həyat yoldaşı Zeynəb xanım Səmədova təsdiqləyib.
“Bu gün qardaş Türkiyə “əsrin fəlakəti” ilə üz-üzədir. Türkiyədə qardaş bacılarımıza bu fəlakətdən xilas olmaq üçün yardım etmək hər birimizin borcudur. Mən də bir şəhid xanımı olaraq öz borcumu yerinə yetirirəm. “-deyə Zeynəb Səmədova bildirib.

Məhsulların arasında quru, kalorili və hazır qidalara üstünlük verilib, həmçinin şam və poverbanklar, geyim, yataq dəstləri, uşaq bezləri kimi lazımlı əşyalar da var. Onların çeşidlənməsində digər şəhid ailələri də köməklik göstəriblər.

image-222

Xatırladaq ki, Azərbaycan ordusunun leytenantı Teymur Əli oğlu Əzizov 1987-ci il iyunun 22-də Sumqayıt şəhərində anadan olub.

Azərbaycan Ordusunun leytenantı olan Teymur Əzizov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Leytenant Əzizov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Əzizov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Əzizov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki