Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp respublikaçı senatorlara yay tətilindən imtina etməyi tapşırıb. O, yüksək vəzifələrə irəli sürülmüş namizədlərin təsdiqlənməsinin təxirə salınmasını qəbuledilməz adlandırıb.
“Respublikaçılar, ölkənin sağlamlığı və təhlükəsizliyi naminə işinizi görün, rəhbər vəzifələrə irəli sürülən namizədləri təsdiqləyin. Onların gözləməyə məcbur edilməsi yolverilməzdir”, – deyə Tramp bildirib.
ABŞ Konqresi avqust ayını tətil olaraq keçirmək praktikasını 1970-ci ildən tətbiq edir. Bu qaydadan yalnız nadir hallarda – məsələn, 2018-ci ildə büdcə müzakirələrinə görə (prezident Tramp idi) imtina olunub.
Qeyd edək ki, Co Baydenin administrasiyasında bir çox vəzifəli şəxs dörd il ərzində “icraedici vəzifə” statusunda çalışıb və onların təsdiqi gecikdirilib. Tramp bu boşluqların aradan qaldırılmasının vacibliyini vurğulayıb.