image-reklam-veteninfo
image-1backend

 SEPAH Bəhreyndə ABŞ-yə məxsus radar stansiyasını vurdu

image-reklam-veteninfo

İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ-yə məxsus erkən xəbərdarlıq radar stansiyasının məhv edildiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, SEPAH-ın yaydığı bəyanatda bildirilir ki, hücum İranın Sirik bölgəsi yaxınlığında ABŞ tərəfindən həyata keçirildiyi iddia olunan hava zərbəsinə cavab olaraq təşkil edilib.

Bəyanatda radar stansiyasına endirilən zərbə Vaşinqtona ciddi xəbərdarlıq kimi qiymətləndirilib. SEPAH ABŞ-dən hava əməliyyatlarını, eləcə də Hörmüz boğazı vasitəsilə qanunsuz neft daşımalarını dayandırmağı tələb edib.

İran tərəfi, həmçinin mümkün yeni hücumların və pozuntuların qarşısını almaq məqsədilə SEPAH-ın Aerokosmik Qüvvələrinin tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib.

Qeyd edək ki, radar stansiyasının həqiqətən məhv edilməsi ilə bağlı hələlik müstəqil təsdiqlənmiş məlumat yoxdur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki