image-reklam-veteninfo
image-1backend

SEPAH generalı: ” Avropalılar səhv edərsə, özləri zərər çəkəcək”

image-reklam-veteninfo

  Vətəninfo.az xəbər verir ki, SEPAH-ın Kəşfiyyat Təşkilatının rəhbəri general Məcid Xademi Fransa, Britaniya və Almaniyanın Tehrana qarşı beynəlxalq sanksiyaların bərpasına imkan verən “tətik mexanizmi”ni işə salmamaq barədə xəbərdarlıq edib. Xademi, Avropa ölkələrinin hər hansı bir addım atması halında İranın da səmərəli cavab tədbirlərinə əl atacağını vurğulayıb: “Avropalılar hər hansı bir addım atmaq istəyirlərsə, bizim də effetkfiv istifadə edə biləcəyimiz variantlarımız var”. O, ölkədə təhlükəsizliklə bağlı vəziyyətin çox yaxşı olduğunu iddia edib: “Hazırda ölkədə çox yaxşı təhlükəsizlik vəziyyəti var. Xalq ayıq vəziyyətdədir, İran Silahlı Qüvvələri isə tam hazırdır”. Belə bir şəraitdə Avropa ölkələrinin yanlış qərarlar verməsinin ən çox onlara zərər verəcəyini iddia edən Xademi əlavə edib ki, “həqiqətən uduzan tərəf avropalılar olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki