İranda güclü istilər davam edir. Vətəninfo.az xəbər verir ki, Şərqi Azərbaycan əyalətində artan temperatur və enerji sərfiyyatını tənzimləmək məqsədilə avqustun 5-i və 6-sı dövlət idarələri və təhsil müəssisələri fəaliyyətini dayandıracaq. Bununla bağlı əyalət rəhbərliyinin yaydığı açıqlamada bildirilib ki, tətil qərarı hava şəraitinin kəskin istiləşməsi və su-elektrik enerjisi istehlakının idarə olunması məqsədilə verilib.