image-5cac580427243backend

Səudiyyə Ərəbistanı və Çin ortaq layihə həyata keçirir

image-reklam_sirab_01

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”, Çində neft emalı və neft-kimya zavodu tikir.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Saudi Aramco” şirkətindən məlumat yayılıb. Bildirilib ki, Çinin Norinco və Panjin şirkətləri ilə ortaq layihə həyata keçirilir. “Saudi Aramco” tikiləcək müştərək müəssisənin 30 faizinə, Norinco 51 faizinə və Panjin 19 faizinə sahib olacaq. Şirkətlərin birgə müəssisəsi ilə gündəlik istehsal gücü 300 min barel olan neft emalı zavodu, həmçinin illik 1,65 milyon ton etilen və 2 milyon ton paraksilol istehsal gücünə malik neft-kimya zavodu tikiləcək. Layihə lazımi razılıqlar aldındıqdan sonra cari ilin aprel ayında həyata keçiriləcək.

Neft emalı və neft-kimya müəssisələrinin 2026-cı ildə istismara verilməsi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki