image-konheqishlaq-kendi-1backend

Seymur Orucov Ermənistanla sərhəddə getdi-Könhəqışlaq kənd əhalisi ilə görüşdü

image-reklam_sirab_01

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun Ermənistanla sərhəddə yerləşən Könhəqışlaq kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Qəbulda RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti üzrə təşkilatlarının rəhbərləri iştirak ediblər.
RİH başçısı bildirib ki, ölkəmizin sərhəd bölgələrində yerləşən bütün yaşayış məntəqələrinin sosial infrastrukturu daim dövlətimizin diqqətində saxlanılır, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirlər icra olunur.
Sakinlərin təklif və müraciətləri dinlənilib, kənd əhalisini maraqlandıran məsələlər ətraflı araşdırılıb. Qaldırılan məsələlər nəzarətə götürülüb və həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
697 nəfər əhalisi və 193 ev təsərrüfatı olan kəndin iəd-i üzrə nümayəndəsi Tural Həsənov son dövrdə Könhəqışlaqda görülən işlərə dair qısa arayışnda bildirib ki, 4 ədəd elektrik dayağı yenisi ilə əvəzlənib, 1 ədəd elektrik transformatoru və 1 ədəd subartezian quyusu təmir olunub, kəndin daxili küçələrinin təmiri çərçivəsində daha bir küçəsi xırlanaraq avtoqreyderlə hamarlanıb, suvarma arxları lildən təmizlənibdir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki