image-77backend

Şimali Koreya dünyaya meydan oxuyur: Son bir həftədə üçüncü raket sınağını keçirdi

image-reklam_sirab_01

Şimali Koreya dünyaya meydan oxuyur, artıq on bir həftədə üçüncü raket sınağını keçirdi

Vətəninfo.az xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi də sınaq prosesini təsdiqləyib

Bildirilib ki, raket 6 min kilometr yüksəklikdə təxminən 70 dəqiqə yol qət etdikdən sonra Yaponiyanın şimal sahillərinə düşüb.

Sınağa görə Cənubi Koreya Milli Təhlükəsizlik Şurası fövqəladə iclas keçirib. Yığıncaqda Şimali koreyanın sınağı pislənib.

Qeyd edək ki, Şimali Koreyanın son sınağının Cənubi Koreya prezidenti Yoon Suk-yeolun Yaponiyaya səfərindən əvvəl baş tutduğuna diqqət çəkilir.

Prezident Yoon Suk-yeol Cənubi Koreya ordusuna təlimat verib ki, ABŞ ilə hərbi təlimləri davam etdirsin.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki