image-reklam-veteninfo
image-1backend

Slovakiya Ukraynaya bu dəstəyi verəcək

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Robert Fikonun hakimiyyətə qayıdışından sonra Slovakiya hökuməti ilk dəfə olaraq Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. “İnterfaks-Ukrayna” agentliyinin məlumatına görə, bu paketi Kiyevdə keçirilən Beynəlxalq Müdafiə Sənayesi Forumunda baş nazirin müavini və müdafiə naziri Robert Kalinyak elan edib.

“Mən çox şadam ki, nazir Şmıqalla mən Slovakiyanın Ukraynaya mühəndislik və minalardan təmizləmə yardımı göstərməsini nəzərdə tutan 14-cü yardım paketinə dair memorandum imzalamışıq”, – Kalinyak bildirib.

O, həmçinin qeyd edib ki, Kiyevdəki danışıqlar zamanı müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mümkün layihələri müzakirə edəcək.

Kaliniak həmçinin bildirib ki, Slovakiyanın baş naziri Robert Fiko ilə Ukrayna prezidenti Zelenski arasında keçirilən son görüşdə müdafiə sahəsində əməkdaşlıq qarşıdan gələn hökumətlərarası görüşün əsas mövzularından biri kimi qeyd edilib.

Yada salaq ki, genişmiqyaslı müharibənin əvvəlində o vaxtkı Slovakiya hökuməti Avropada birincilərdən biri olub, Ukraynaya əhəmiyyətli hərbi yardım, xüsusən də S-300 hava hücumundan müdafiə sistemləri və sovet qırıcı təyyarələri verməyə başlayıb.

Bir müddət əvvəl Almaniyanın “Daimler Truck” avtomobil şirkəti Kiyevə 1000-ə yaxın yeni Zetros hərbi yük maşını tədarük etmək üçün sifariş aldığını da xəbər vermişdik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki