image-reklam-veteninfo
image-img_5270backend

SOCAR Türkiyədə rus neftindən imtina edir

image-reklam-veteninfo

ABŞ, Avropa Birliyi və Böyük Britaniyanın Rusiyanın enerji sektorunu hədəf alan son sanksiyalarından sonra Türkiyənin ən böyük neft emalı zavodları daha çox qeyri-rus nefti almağa başlayıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, SOCAR-ın Türkiyədəki STAR neft emalı zavodu bu yaxınlarda İraq, Qazaxıstan və digər istehsalçılardan dörd partiya xam neft alıb.

“Söhbət gündə 77 min – 129 min barrel arasında qeyri-rus neftindən gedir. Bu o deməkdir ki, SOCAR öz əməliyyatlarında Rusiya neftinin payını azaldacaq, halbuki sentyabr və oktyabr aylarında şirkət demək olar ki, tamamilə Rusiyanın “Urals” markalı xam neftindən – təxminən gündə 210.000 barreldən asılı idi”, – məlumatda qeyd olunub.

Bildirilib ki, yeni alınan yüklərdən biri də “Urals” neftinə oxşayan, amma sanksiyalara məruz qalmayan Qazaxıstanın KEVSO neftidir. Əvvəllər SOCAR bu markadan ildə yalnız bir partiya idxal edirdi.

Türkiyənin digər böyük neft emalı zavodu olan “Tupras” da İraq xam neftinin alışını artırıb.

Şirkət AB-yə yanacaq ixrac etmək qabiliyyətini qorumaq üçün neft emalı zavodlarından birində Rusiya xam neftinin idxalını tamamilə dayandırmağı düşünür:

“Bu il “Tupras” artıq tədarük coğrafiyasını genişləndirib, ilk neft partiyasını Braziliyadan alıb və daha bir neft partiyasını Anqoladan almağı planlaşdırır”.

“Kpler “analitik şirkətinin məlumatlarına görə, Türkiyə noyabr ayında gündə təxminən 141 min barrel İraq nefti almağı planlaşdırır ki, bu da oktyabr ayı ilə müqayisədə (99 min barrel) çoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki