6 milyon manata başa gələn yolun dağılması ilə bağlı yoxlama aparılacaq.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.
Uzunluğu təxminən 5 km olan Yardımlı-Abbasabad yolunun tikintisinə dövlət başçısı tərəfindən təxminən 6 milyon manat vəsait ayırmışdı.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə bildirib ki, həmin məsələ ilə bağlı hələ cari ildə nəzarət tədbiri başlamayıb: “Təqribən bu ilin 3-cü rübünün sonuna Yardımlı-Abbasabad yolu ilə bağlı kənar dövlət nəzarəti tədbirinin yekunları ilə bağlı Milli Məclisə rəy təqdim ediləcək”.