image-625010fe3a0ea625010fe3a0eb1649414398625010fe3a0e7625010fe3a0e8backend

SON DƏQİQƏ: Gələn aydan qazla bağlı bunu edənlər CƏRİMƏLƏNƏCƏK

image-reklam_sirab_01

Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşib.

Veteninfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcək.

Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki