image-reklam-veteninfo
image-584349718_819074937763528_7845231503209398500_nbackend

SON DƏQİQƏ: Naxçıvanda Perinatal Mərkəzin qapısı qanunsuz blomblandı…

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki,  jurnalist Sima Babayeva özününü “facebook”sosial şəbəkəsində yayımladığı məlumatda iddia edir ki, Naxçıvan Muxtar Respublikasının Perinatal Mərkəzinin hal-hazırda bülletendə olan direktoru Günel Abdiyevanın xidməti otağının qapısını iş vaxtından sonra (18.11.2025-ci il saat 20:17) heç bir izahı mümkün olmayan hərəkətlər edilməklə direktorun və köməkçinin otağa girişinin qarşısını almaq məqsədi ilə kağız parçası ilə möhürlənib.

Jurnalist iddia edir ki, bu  Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Samiq Sadıxovun şifahi göstərişi ilə Muxtar Respublika Səhiyyə nazirliyinin inzibati idarəetmə şöbəsinin müdiri Tahir Məmmədli və nazirliyin tabeliyində fəaliyyət göstərən Perinatal Mərkəzin direktorunun inzibati məsələlər üzrə müavini Elnur Quliyev vəzifə səlahiyyətlərini aşaraq vəzifə cinayəti törətməklə Perinatal Mərkəzin hal-hazırda bülletendə olan direktoru Günel Abdiyevanın xidməti otağının qapısını iş vaxtından sonra (18.11.2025-ci il saat 20:17) heç bir izahı mümkün olmayan hərəkətlər etməklə direktorun və köməkçinin otağa girişinin qarşısını almaq məqsədi ilə kağız parçası ilə möhürləyərək özbaşınalıq ediblər.

Vətəninfo.az olaraq Naxçıvan Muxtar Respublikasının Səhiyyə nazirliyinin əlaqə nömrələrinə zəng edib münasibət öyrənmək cəhdlərimiz baş tutmadı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki