image-1636725080-750-450backend

SON DƏQİQƏ: Sənan Mənsimliyə yüksək vəzifə verildi – 5 rayon ona həvalə olundu

image-reklam_sirab_01

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdirinin adı məlum olub.

Bu gün Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbər vəzifəsinə təyinat olub.

Veteninfo-nun məlumatına görə, bununla bağlı Təhsil naziri əmr imzalayıb.

Əmrə əsasən bu vəzifəyə Mənsimli Sənan Famil oğlu təyinat alıb.

S. Mənsimli bu təyinata qədər Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi olub.

Şirvan-Salyan Regional Təhsil İdarəsi Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında yaradılıb. İdarə Salyan rayonunda yerləşir.

Qeyd edək ki, S.Mənsimli 1987-ci ildə Biləsuvar şəhərində doğulub.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki