Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) şef redaktoru Yevgeni Belousov barəsində qərar verilib.
Yevgeni Belousov barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bununla bağlı bu gün Xətai rayon məhkəməsində qərar qəbul olunub.
Xatırladaq ki, bir qədər əvvəl “Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb. O, daha sonra Rusiyaya yola salınıb.


























