image-1backend

Sumqayıtda 2 uşaq atasını iş yoldaşı öldürübmüş – TƏFƏRRÜAT

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıt şəhəri ərazisində 1990-cı il təvəllüdlü Həsənalı Piriyev mübahisə zamanı 1983-cü il təvəllüdlü Seymur Quliyev tərəfindən qətlə yetirilib. Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Seymur Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Vətəninfo.az xəbər verir ki, “metbuat.az” hadisə ilə bağlı bəzi detalları əldə edib.

Belə ki, cinayəti törədən Seymur Quliyevlə Həsənalı Piriyev iş yoldaşı olublar. İşdə mübahisə etdikləri zaman, Həsənalı Piriyev Seymur Quliyevi söyüb. Daha sonra Seymur Quliyev gecə saatlarında Həsənalı Piriyevlə görüşərək onu qətlə yetirib.

Öldürülən şəxsin 2 azyaşlı övladı var imiş.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image