image-reklam-veteninfo
image-suriye-yi-tsk-mi-koruyacak-iste-askeri-destegin-18882311_8085_ampbackend

Suriya Türkiyədən rəsmi hərbi yardım istəyib – TSK müdafiə sahəsində dəstək verəcək

image-reklam-veteninfo

Suriya hökuməti Türkiyədən rəsmi şəkildə hərbi yardım istəyib. Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb. Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, Suriyanın müdafiə qabiliyyətinin artırılması və başda DEAŞ olmaqla bütün terror təşkilatlarına qarşı mübarizə çərçivəsində Türkiyədən texniki, təlim və məsləhət yardımı göstərilməsi xahiş olunub.

Rəsmi baza olmayacaq, iki istiqamətli dəstək veriləcək

CNN Türk telekanalında yayımlanan “Gece Görüşü” proqramında jurnalist Hande Fırat məsələ ilə bağlı təfərrüatları bölüşüb. Onun sözlərinə görə, Türkiyənin Şamda təkbaşına rəsmi hərbi bazası olmayacaq. Əvəzində, iki əsas istiqamətdə yardım nəzərdə tutulur:

1. Hərbi məsləhətçilik – Suriya daxilindəki silahlı qüvvələrin vahid orduya çevrilməsi üçün konsept, doktrina və standartlaşdırma dəstəyi veriləcək.

2. Hərbi təlim – Türkiyə Silahlı Qüvvələri (TSK) tərəfindən Suriyada və Türkiyədə quru, hava və dəniz qüvvələri üzrə hərbi təlim mərkəzləri və hərb məktəbləri qurulacaq. Həm yeni, həm də hazırda silah altında olan şəxslərə təlimlər keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki