image-reklam-veteninfo
image-1backend

Suriyanın cənubunda hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə olunub

image-reklam-veteninfo

Suriya silahlı qüvvələri ilə ölkənin cənubundakı silahlı qruplar arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə olunub.

Vətəninfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Suriya Daxili İşlər Nazirliyi məlumat verib.“Sudeyda əyalətində atəşkəs nöqtələri və təhlükəsizlik tədbirləri ilə bağlı razılıq əldə olunub”, – deyə məlumatda bildirilir.

Müqavilə Sudeydada sazişin icrasına nəzarət etmək üçün Suriya hakimiyyəti ilə druz şeyxləri arasında birgə komissiyanın yaradılmasını nəzərdə tutur. Müqavilədə həmçinin qeyd olunur ki, əyalət ölkənin mövcud hökumət sisteminə tam inteqrasiya edilməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki