image-7730c42c-db9b-4b56-b327-388c8a7cd307backend

Şuşa Qlobal Media Forumu dünyanın diqqət mərkəzində

image-reklam_sirab_01

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı iyul ayının 21-23-də  Qarabağın incisi Suşada  “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilib.   Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında Ölkə başçısı bir sıra məsələlərə diqqət çəkdi. Azərbaycan-Ermənistan münasibətlərinin yaratdığı regional təsirlərdən tutmuş, mətbuatımızın bu gününə qədər hər bir məsələyə ayrı-ayrılıqda aydınlıq gətirdi.

Tədbirin Şuşada keçirilməsinin ikiqat sevincli oldu və işğaldan azad edilmiş ərazilərimizdə bu kimi tədbirlərin böyük əhəmiyyəti vardır. Bunun özü ən gözəl siyasət, dünyaya verilən ən təsirli mesajlardır.

Qeyd edildi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan mətbuatının rolu danılmazdır və bu gün informasiya müharibəsində də Azərbaycan mediası özünü göstərməkdədir. Özünü blogger adlandıran bəzi ünsürlər xaricdə oturub Azərbaycan haqqında həqiqətə uyğun olmayan “xəbərləri” tirajlamaqla ölkəmizin adına xələl gətirmək istəsələr də, dövlətçiliyi əsas tutub ölkəsinə xidmət edən vətənpərvər jurnalistlərimiz onları susdura bilirlər.

Cənab prezident “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışında bildirdi ki, “Mən çox sevinirəm ki, Azərbaycanda dövlətini sevən, ölkəsinə xeyir verən, xalqın problemlərinin dalınca qaçan jurnalistlərimiz var. Mən bir çox xəbərsiz olduğu məlumatlardan jurnalistlərin vasitəsilə xəbər tuturam”.

Məncə jurnalistlərimiz Przidentin bu sözlərindən sonra istər internet televiziyaları, istər xəbər saytları, istərsə də sosial şəbəkələr vasitəsilə insanlarımızın problemlərini daha qabarıq şəkildə göstərməli, problemin həllində israrlı olmalıdılar. Belə olarsa, ölkə başçısı ona məruzə edilməyən problemlərdən də xəbər tutacaq və aidiyyatı məmurdan açıqlama tələb edəcək.

Əlamətdar haldır ki, bu mötəbər Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

Dövlət başçısının Forumda dediyi kimi, Cənubi Qafqazın inkişafı əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Ölkə başçısı vurğulayıb: “Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Xoşbəxtikdən bu günədək gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır. İkinci Qarabağ müharibəsindən indiyədək təxminən üç il keçib. Biz getdikcə daha çox birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın hissəsidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı”.

Prezident İlham Əliyev Azərbaycanın milli maraqları, prioritetləri ilə bağlı bir çox mühüm məsələlərə toxundu. Böyük Qayıdışla bağlı dövlətimizin başçısının qeyd etdiyi məqamlar olduqca önəmlidir. Belə ki, ölkə başçısı 30-dan çox şəhər və kəndin Baş planının təsdiqləndiyini, həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanın qayıdacağını bildirib. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Bu rəqəmlər, əlbəttə, hər bir azərbaycanlının qəlbində sevinc və qürur hissi oyadır. Nəzərə almalıyıq ki, bu qədər genişmiqyaslı quruculuq işini Azərbaycan təkbaşına heç bir maliyyə yardımı almadan təkbaşına həyata keçirir. Şübhəsiz ki, bütün bunlar dünyada qibtə ilə qarşılanır. Ona görə ki, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması və orada həyata keçirilən Böyük Qayıdış proqramı Azərbaycanın hərbi, iqtisadi və siyasi gücünə güzgü tutur. Azərbaycanın real imkanlarını və potensialını nümayiş etdirir.

 

 

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki