Bu gün Şuşa şəhərində “Cənubi Qafqazın inkişafı və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Veteninfo xəbər verir ki, konfrans iştirakçıları artıq təyyarə ilə Qarabağın hava qapısına – Füzuli Beynəlxalq Hava Limanına gəlib.
Tədbir iştirakçılar “Ağdam” adı verilmiş təyyarə ilə hava limanına eniş edib.
Onlar hava limanı ilə tanış olub.
Qonaqlar “Zəfər yolu” ilə Şuşaya yola düşüb.
Şuşada keçiriləcək toplantıda Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, BMTM sədri Fərid Şəfiyev, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər şəxslər iştirak edəcək.