image-reklam-veteninfo
image-1backend

Tacikistan 4 min tələbəni terrorçulara qoşulmaqdan qorumaq üçün vətənə qaytarıb

image-reklam-veteninfo

Tacikistan hökuməti 4 mindən çox tələbənin terror təşkilatlarına qoşulmasının qarşısını almaq məqsədilə onları vətənə qaytarıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Düşənbədə keçirilən MDB ölkələrinin terrorizm və ekstremizmlə mübarizə üzrə üçüncü konfransında Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Saymumin Yatimov məlumat verib.

Yatimovun sözlərinə görə, terrorçu və ekstremist qruplaşmalara cəlb olunma riski daşıyan, eyni zamanda xarici dini təhsil müəssisələrinin və terror təşkilatlarının təlim obyektinə çevrilmiş 4 mindən çox tacikistanlı tələbə ölkəyə geri gətirilib.

Rəsmi şəxsin bildirdiyinə görə, bu addım ölkədə gənclərin radikal təsirlərdən qorunması və milli təhlükəsizliyin təmin olunması məqsədi daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki