Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Taleh Kazımov bu gün bank rəhbərləri ilə görüşəcək.
Veteninfo-nun məlumatına görə, görüş zamanı Azərbaycanın bank sektorunun cari vəziyyəti müzakirə olunacaq.
Qeyd edək ki, görüş AMB-nin inzibati binasında baş tutacaq.
Xatırladaq ki, bu, AMB-nin yeni sədrinin bank rəhbərləri ilə ilk görüşüdür.