Naxçıvan televiziyasının sabiq sədri, jurnalist Sahil Tahirli yeni vəzifəyə təyin edilib.
Vətəninfo.az xəbər verir ki, Sahil Tahirli “Hədəf Şirkətlər Qrupu”nda baş direktorun müşaviri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, S.Tahirli bundan əvvəl 13 il Naxçıvan televiziyasına rəhbərlik edib, Naxçıvan Ali Məclisində Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Naxçıvan Televiziya və Radio Şurasının sədri vəzifələrində çalışıb.
O, medianın inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Sahil Tahirli dövlət qulluğunun baş müşaviridir.
Qeyd edək ki, “Hədəf Şirkətlər Qrupu”nun baş direktoru Şəmil Sadiqdir.


























