Vətəninfo.az xəbər verir ki, SEPAH-a bağlı “Tasnim News” yazır ki, Kreml rəsmi şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinin taleyi Azərbaycan və Ermənistanın suveren qərarına bağlıdır. Kremlin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı açıqlamasında bildirib ki, Moskva bu marşrutun açılmasını Bakı və İrəvan arasında həll olunmalı məsələ hesab edir və tərəflərin tezliklə sülh sazişi imzalayacağına ümid bəsləyir.