image-reklam-veteninfo
image-1backend

Tatyana Moskalkovanın hədə dolu açıqlaması

image-reklam-veteninfo

Moskva ümid edir ki, Bakı Azərbaycanda saxlanılan ruslara münasibətdə həddindən artıq sərtlikdən çəkinəcək.Vətəninfo.az  TASS-a istinadən  xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Müvəkkil Tatyana Moskalkova məlumat verib.

“Vətəndaşlarımızın özlərinin seçdikləri vəkillərin olması çox vacibdir və ümid edirəm ki, Azərbaycandan olan həmkarımın bu məsələləri anlamaq imkanı olacaq”, – ombudsman azərbaycanlı həmkarı Səbinə Əliyeva ilə təmaslardan sonra bildirib. Moskalkova qeyd edib ki, Rusiya Federasiyası vətəndaşlarına tam həcmdə konsulluq yardımı almaq hüququnu vermək lazımdır.

İyulun 1-də İrandan narkotik vasitələrin tranziti, qadağan olunmuş maddələrin onlayn ticarəti və kiber fırıldaqçılıqda şübhəli bilinən 8 rusiyalı Bakıda saxlanılaraq həbsə göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki