Azərbaycanın azad edilmiş ərazilərində 103 videokamera quraşdırılıb.
Veteninfo.az-ın xəbərinə görə, bu barədə məlumat Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
Məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə fiber-optik rabitə şəbəkəsi çəkilməklə yüksək parametrli 103 videokamera quraşdırılıb (2-si nömrətanıma funksiyalıdır).
“Təhlükəsiz şəhər” layihəsi çərçivəsində respublika üzrə daha 68 nöqtədə 194, o cümlədən Bakı şəhərində 2 nöqtədə 6 kamera quraşdırılıb və müvafiq texniki vasitələrin sayı 3,7 min nöqtə üzrə 11,8 min kamera təşkil edib.
Bütövlükdə, Bakı Metropoliteni də nəzərə alınmaqla 4,0 min nöqtədə 14,0 min kamera istifadəyə verilib (Bakı şəhərində 2,3 min nöqtədə 6,9 min).
Bildirilib ki, görüntülərin aidiyyəti ərazi polis orqanlarına və Bakı şəhərindəki mərkəzə ötürülməsi təmin edilib.