Bakı Xoreoqrafiya Akademiyasında aşkar edilmiş qanun pozuntuları ilə bağlı araşdırma aparılıb.
Veteninfo.az-ın xəbərə görə, bununla bağlı akademiyanın əməkdaşları da ifadə verib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Bakı Xoreoqrafiya Akademiyasında aşkar edilmiş hüquqpozmalarla əlaqədar fakta görə 01.04.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 313 və 308.1-ci maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.