image-mudafibackend

TƏCİLİ: Ermənilər Tovuz rayonunu atəşə tutdu

image-reklam_sirab_01

Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Veteninfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur”, – MN-in məlumatında deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki