image-reklam-veteninfo
image-1backend

Tehranın köçürülməsi məsələsi gündəmdən çıxarıldı: İran paytaxtı su böhranı ilə üz-üzə  

image-reklam-veteninfo

İranda paytaxtın Tehrandan başqa şəhərə köçürülməsi məsələsi artıq gündəmdən çıxarılıb. Rəsmilər su çatışmazlığı problemini həll etmək üçün yeni layihə hazırlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə İran Prezidentinin Dəniz Ehtiyatları üzrə nümayəndəsi Əli Əbdüləlizadə məlumat verib.

Əbdüləlizadənin sözlərinə görə, hökumətin yeni planı Tehranın köçürülməsi deyil, şəhərin su və ekoloji problemlərinin müasir texnologiyalar vasitəsilə həllini nəzərdə tutur. Layihə çərçivəsində Fars körfəzindən paytaxta suyun nəqli planlaşdırılır.

“Paytaxtın köçürülməsi məsələsi artıq müzakirə olunmur. Hədəf Tehranın özündə su və ekoloji problemlərin idarə edilməsidir. Yerli mütəxəssislər Fars körfəzindən suyun nəqli üçün irimiqyaslı layihə hazırlayıblar”, — Əbdüləlizadə bildirib.

Rəsminin sözlərinə görə, su böhranı təkcə İran üçün deyil, regiondakı bir çox ölkələr üçün də ciddi təhlükə yaradır.

İran Meteorologiya Xidmətinin məlumatına əsasən, son altı həftə ərzində ölkə üzrə yağıntıların miqdarı əvvəlki illərlə müqayisədə 86,5 faiz, Tehranda isə 96,2 faiz azalıb.

Əvvəllər İran rəsmiləri quraqlığın, su anbarlarının doluluq səviyyəsinin azalmasının və su ehtiyatlarının həddindən artıq istifadəsinin paytaxtda ciddi böhrana gətirib çıxara biləcəyi barədə xəbərdarlıq etmişdi.

Energetika naziri Abbas Əliabadi bildirib ki, yaxın zamanda Tehranın su təchizatında müvəqqəti məhdudiyyətlər tətbiq oluna bilər. O, həmçinin sakinlərə ehtiyat su çənləri əldə etməyi və mümkün fasilələrə qarşı hazırlıqlı olmağı tövsiyə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki