image-1595840688_emin-emrullayevbackend

Təhsil naziri 8 Marta görə neqativ hallarla bağlı müraciət edib

image-reklam_sirab_01

Təhsil naziri Emin Əmrullayev 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə ilə valideynlərə müraciət edib.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, 8 Mart – Beynəlxalq Qadınlar günü ilə bağlı məktəblərdə neqativ hallarla bağlı müraciətlər olur.

Nazir qeyd edib ki, 8 Mart – Beynəlxalq Qadınlar günü ilə bağlı məktəblərdə hər hansısa neqativ hallara yol verilməməlidir: “Bu, Nazirliyin birmənalı mövqeyidir. Dünən bununla bağlı müzakirələrimiz olub. Həm məktəblərdən, həm də valideynlərdən gözləntimiz odur ki, neqativ hallara yol verməsinlər. Valideynlər tərəfindən isə xüsusilə sosial şəbəkələrdə ünvanlar göstərilməklə şikayətlər olarsa, biz onları araşdıra bilərik. Mən xahiş edirəm ki, Təhsil Nazirliyinin “Qaynar xətti”nə və digər formada bu məsələ barədə müraciətlər varsa, konkret olsun”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki