image-1630493153_tehsil-nazirliyibackend

Təhsil Nazirliyi Ukraynadakı azərbaycanlı tələbələrlə bağlı açıqlama yayıb

image-reklam_sirab_01

Təhsil Nazirliyi Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Təhsil Nazirliyi tərəfindən xaricdə yalnız dövlət hesabına təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı aparılmaqdadır:

“Hazırda Ukraynada dövlət hesabına təhsil alan Azərbaycan vətəndaşı yoxdur. Ukraynada şəxsi vəsait hesabına və ya digər təqaüd proqramları ilə təhsil alan Azərbaycan vətəndaşlarına Azərbaycanın Xarici İşlər Nazirliyi həmçinin, Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən edilmiş müvafiq müraciətlərə riayət etmələri tövsiyə edilir” – Nazirlik qeyd edib.

Nazirlik Ukraynada şəxsi vəsait hesabına və ya digər təqaüd proqramları ilə təhsil alan tələbələrə tövsiyə edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi həmçinin, Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən edilmiş müvafiq müraciətlərə (https://mfa.gov.az/az/news/no05922) riayət etsinlər.

Qeyd edilib ki, xüsusi hallar ilə bağlı Azərbaycan vətəndaşları Azərbaycanın Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər. Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat müraciətdə də qeyd edildiyi kimi Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən bildiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki