ABŞ Prezidenti Donald Tramp Ağ Evin yaxınlığında baş verən atışma hadisəsindən sonra açıqlama verib.
Vətəninfo.az xəbər verir ki, CNN-in məlumatına əsasən, Tramp saxlanılan şəxsin Əfqanıstan mənşəli olduğunu təsdiqləyib. O, ölkəni “yer üzündəki cəhənnəm dəliyi” adlandıraraq bildirib ki, atəş açan şəxs “onun sələfi Co Bayden administrasiyası tərəfindən ölkəyə gətirilib”.
“Bu dəhşətli hücum şər, nifrət və terrorizmin təzahürüdür. Bu, bütün xalqımıza qarşı cinayətdir. Bu, insanlığa qarşı cinayətdir”, – ABŞ lideri vurğulayıb.
Prezident Tramp şübhəlinin ən ağır cəza alması üçün bütün tədbirlərin görüləcəyinə əmin olduğunu qeyd edib.


























