image-defaultbackend

Tramp:” Bayden yəhudilərə və fələstinlilərə nifrət edir”

image-reklam_sirab_01

ABŞ prezidenti Co Bayden həm yəhudi xalqına, həm də fələstinlilərə nifrət edir. ABŞ-ın keçmiş prezidenti Donald Tramp çərşənbə günü belə bir bəyanatla çıxış edib.

“Co Bayden İsrailə və yəhudi xalqına nifrət edir. Problem ondadır ki, o, fələstinlilərə daha çox nifrət edir və sadəcə nə edəcəyini bilmir”, – Tramp özünün Truth Social səhifəsində yazıb.

Keçmiş prezident daha əvvəl bəyan etmişdi ki, Bayden administrasiyası öz siyasəti ilə dünyanı cəhənnəmə çevirib və ölkəni qan tökülməsinə aparır.

Tramp ABŞ Konstitusiyasının Birinci Düzəlişinin təmin etdiyi söz azadlığının qorunmasına arxalanaraq, ABŞ prezidenti Co Baydeni açıq şəkildə təhqir etməyə icazə verir. Nə qədər ki, Trampın sözləri zorakılığa təşviq etmək və ya dərhal zorakılıqla hədələmək kimi hüquqi sərhədləri keçməyib, ABŞ qanunlarını pozmur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki